"Panatinaikos" - "Qəbələ" oyununun saatı müəyyənləşdi

10:55 14 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsində baş tutacaq "Panatinaikos" - "Qəbələ" matçının başlama saatı açıqlanıb. Sportarena.az xəbər verir ki, cavab oyunu avqustun 27-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüş “Apostolos Nikolaidis” stadionunda baş tutacaq. Matçı idarə edəcək hakimlər briqadası isə hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 20-də “Bakcell Arena”da keçiriləcək


Xəbər xətti