Türkiyə Superliqası: "Fənərbaxça" "Əskişəhərspor"u məğlub etdi - YENİLƏNİB

02:15 15 Avqust 2015

Bu gün Türkiyə Superliqasında 2015/16 mövsümünə start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

 

Mövsümün açılışını ötən mövsüm çempionatı 2-ci sırada tamamlayan "Fənərbaxça" edib. İstanbul təmsilçisi doğma azarkeşləri önündə "Əskişəhərspor"u qonaq edib.

 

Havaların isti keçməsi ilə əlaqədar oyun Bakı vaxtı ilə 00:00-da başlayıb.

 

Türkiyə Superliqası, I tur

14 avqust

00:00. "Fənərbaxça" - "Əskişəhərspor"  2-0  

Qollar : Musa Sou,45+1, Fernandao, 45+3


Xəbər xətti