Cavid Hüseynovun şikayəti təmin olunmadı!

15:30 14 Avqust 2015

Bu gün Bakı Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb.

 

Sportarena.az xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov APA-ya bildirib ki, futbolçunun barəsində seçilmiş həbs qərarından verilmiş apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.


Xəbər xətti