Problem həll olundu, Kamran Ağayev oynayacaq

14:14 15 Avqust 2015

"Karşıyaka" Sosial Güvənlik Qurumundan heç bir borcunun olmamasına dair sənədi ala bilib. Sportarena.az xəbər verir ki, klub rəhbərliyi Türkiyə Futbol Federasiyası ilə danışıqlar apararaq, məsələnin müsbət həllinə nail olub. Nəticədə, Kamran Ağayev də daxil olmaqla, bütün yeni transferlərin ilk turdan etibarən meydana çıxmasına razılıq alınıb.

 

Qeyd edək ki, "Karşıyaka" bu gün səfərdə "Adana Dəmirspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə gecə yarısında - saat 00:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti