Sərbəst güləşçilərin mübarizəsi başlayır

19:34 15 Avqust 2015

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

 

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışır.

 

50 kq
1/8 final - Yura Eiji (JPN) - Arif Hüseynov

60 kq
1/16 final - Qaqik Akulyan (ARM) - Cahid Həsənzadə

74 kq
1/16 final - Ayub Barraj (TUN) - Murad Süleymanov

96 kq
1/8 final - Georgi Gogaev (RUS) - Nurməhəmməd Hacıyev

 

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

 

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq) və 1 bürünc (Elis Manolova (67 kq) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.


Xəbər xətti