"Yanq Boyz"la oyunöncəsi "Qarabağ"da bir itki

14:07 18 Avqust 2015

Avropa Liqasının "pley-off" mərhələsində səfərdə "Yanq Boyz"la qarşılaşacaq "Qarabağ" oyuna ciddi itki ilə çıxacaq. Sportarena.az xəbər verir ki, Ağdam klubu zədəli Maksim medvedevin xidmətindən bu oyunda da yararlana bilməyəcək. Maksimin mövqeyində əvvəlki oyunlarda olduğu kimi İlqar Qurbanovun oynayacağı gözlənilir.

 

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" oyunu avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti