"Panatinaikos" ulduz futbolçusunu Bakıya gətirməyəcək

14:27 19 Avqust 2015

Avroliqanın "pley-off" mərhələsinin ilk oyununda "Qəbələ"nin qonağı olacaq "Panatinaikos" bu gün Bakıya gələcək. Sportarena.az xəbər verir ki, yunan klubu ölkəmizə 20 futbolçu ilə təşrif buyuracaq. Komandanın baş məşqçisi Yannis Anastasiu paytaxtımızdakı oyunda bu futbolçuların xidmətində istifadə edəcək:

 

Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Lyuk Stil, 45. Nikos Qiannakopoulos

Müdafiəçilər: 3. Diamantis Kukumis, 4. Giorgos Koutroumbis, 12. Nikos Marinakis, 20. Stathis Tavlaridis, 21. Nano, 25. Rasmus Telander

Yarımmüdafiəçilər: 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 14. Abdul Ayaqun, 17. Robin Lod

Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç

 

Siyahıdan da göründüyü kimi, "Panatinaikos" ulduz futbolçusu Maykl Essyeni Bakıya gətirməyəcək.


Xəbər xətti