"Qarabağ" kimi biz də qrup mərhələsində oynamaq istəyirik" - "Yanq Boyz"un baş məşqçisi

12:31 20 Avqust 2015

"Qarabağ" kimi biz də qrup mərhələsində oynamaq istəyirik. Rəqib müxtəlif ölkələrin güclü futbolçularından təşkil olunmuş və az qol buraxan komandadır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Yanq Boyz"un müvəqqəti baş məşqçisi Harald Jamperle  deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ"la keçiriləcək ilk oyun haqda fikirlərini bölüşüb.

 

"Bizim də əsas məqsədimiz ilk oyunda qol buraxmamaqdır. Ancaq cütün taleyi bir oyunda həll olunmur. Ona görə də hər iki görüşdə yaxşı oyun sərgiləməklə istəyimizə nail olmağa çalışacağıq".

 

Qeyd edək ki, bu axşam keçiriləcək "Yanq Boyz" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti