"Əziyyətimin yerdə qalmayacağını bilirdim" - Nurlan Novruzov

17:49 20 Avqust 2015

Yığma komandanın baş məşqçisi Robert Prosineçki bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Xorvatiya və 6-da Malta ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. Sportarena.Az xəbər verir ki, onun dəvətliləri arasında "Zirə"nin hücumçusu Nurlan Novruzov da var. Hazırda "Zirə"də çıxış edən ötən mövsümün bombardiri təəssüratlarını saytımıza açıqlayıb:

"Milliyə çağırılmaq xəbərini ilk olaraq jurnalist qardaşdan öyrəndim. Şükürlər olsun ki, milliyə dəvət aldım. Prosineçkiyə təşəkkürümü bildirirəm. Açığı, bu əziyyətimin yerdə qalmayacağını bilirdim. Şükürlər olsun ki, milliyə çağırıldım".


Xəbər xətti