"Əsas odur ki, məğlub olmadıq" - Rikardinyo

12:17 21 Avqust 2015

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Oyunumuz da pis alınmadı. Komanda yoldaşlarımın hər biri yaxşı oyun sərgilədi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Rikardinyo Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib. Braziliyalı müdafiəçi komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib:

 

"Qol vurmaq üçün şanşlarımız oldu. Amma əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Nə etmək olar, bu futboldur. Əsas odur ki, məğlub olmadıq. Çox istəyirdik ki, Bakıda qələbə qazanaq. Məqsədimiz doğma meydanda üstünlük əldə etmək idi. Bir həftədən sonra cavab matçına çıxacağıq. Əlimizdən gələni edərək səfər matçında qol vurmağa çalışacağıq. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazana biləcəyik".

 

Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti