"Qarabağ"ın hücumçusu qol vurmaq istəyir: "Bunu etsəm, sevinərəm"

19:00 22 Avqust 2015

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" artıq vətəndədir. Sportarena.az xəbər verir ki, Ağdam klubu ötən gün axşam saatlarında çarter reysi ilə İsveçrədən Bakıya qayıdıb. Sport7.az-a açıqlama verən "Qarabağ"ın hücumçusu Raydel Pupon "Yanq Boyz"la oyun barədə fikirlərini səsləndirib:

 

"Yaxşı nəticə əldə etdik. Çünki səfərdən qələbə ilə qayıtdıq. Bakıda da eyni oyunu nümayiş etdirmək lazımdır. Mənim üçün mərhələ keçmək daha vacibdir. Qol vurmağıma gəlincə isə, bunu etsəm, çox sevinərəm".

 

Qeyd edək ki, Berndə baş tutan qarşılaşmadan təmsilçimiz 1:0 hesablı qələbə ilə ayrılıb.


Xəbər xətti