Millimizin üzvü oynadı, komandası qələbə qazandı

15:01 23 Avqust 2015

Almaniya ikinci Bundesliqasında 4-cü turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, milllimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.

 

Komanda doğma meydanda "Duysburq"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov qarşılaşmanın 58-ci dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti