Azərbaycan - Xorvatiya: Bilet satışı davam edir

11:02 25 Avqust 2015

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

 

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.


Digər xəbərlər

Xəbər xətti