Azərbaycanlı atlet Çində rekord qırdı

18:45 25 Avqust 2015

Çinin paytaxtı Pekində keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında yarımfinalçılar məlum olub. Sportarena.az xəbər verir ki, adını növbəti mərhələyə yazdıran atletlər arasında Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev də var. 20.01 saniyəlik göstərici ilə Türkiyə rekordunu qıran Quliyev beləcə yarımfinala adlayıb.

 

Qızıl medala əsas namizədlərdən Useyn Bolt 20,28, Castin Qatlin isə 20,19 saniyəlik nəticə göstərib. Onlar daö növbələrində yarımfinala yüksəliblər.


Digər xəbərlər

Xəbər xətti