Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi - YENİLƏNİB

01:40 27 Avqust 2015

Bu gün Çempionlar Liqasında "pley-off" mərhələsinə yekun vurulacaq. Sportarena.az xəbər verir ki, bununla da qrup mərhələsinə son 5 vəsiqənin sahibi məlum olacaq.

 

Gecənin maraq doğuran görüşlərindən biri Belçikada baş tutacaq. İlk oyunda "Brügge"ni 3:1 hesabı ilə məğlub edən "Mançester Yunayted" səfərdə "Brügge" ilə qarşılaşacaq. "Qırmızı şeytanlar" Mançesterdəki üstünlüyünü qoruyub saxlamağa çalışacaq.

 

İlk oyunda İtaliyada "Latsio"ya minimal hesabla (0:1) uduzan "Bayer" məğlubiyyətin əvəzini çıxmaq niyyətindədi. Rusiya ÇSKA-sı isə səfərdə uduzduğu "Sportinq"dən məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

Çempionlar Liqası, "pley-off" mərhələsinin cavab oyunları

26 avqust

 

23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan) 1:1
İlk oyun - 0:1

23:45. "Partizan" (Serbiya) - BATE (Belarus) 2:1
İlk oyun - 0:1

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya) 3:0
İlk oyun - 0:1

23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) 0:4
İlk oyun - 1:3

23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya) 3:1
İlk oyun - 1:2


Xəbər xətti