Atletlərimiz dünya çempionatı ilə vidalaşdı

12:22 26 Avqust 2015

Çinin paytaxtı Pekində keçirilən atletika üzrə dünya çempionatında Azərbaycan yığması mübarizəyə qoşulub. Sportarena.az xəbər verir ki, mundiala iki idmançı ilə yollanan millimizin üzvləri start xəttinə çıxıb.

 

Anna Skidan qadınların çəkicatma yarışlarında qüvvəsini sınayıb. Təsnifat mərhələsində 3 cəhddə mübarizə aparan atletimiz 66,91 m nəticə göstərib. O, 31 iştirakçı arasında 23-cü yeri tutub.

 

Bu nəticə Skidana sabah keçiriləcək final mərhələsinə yüksəlmək imkanı verməyib. Belə ki, həlledici raunda yalnız 12 atlet vəsiqə əldə edib. Təmsilçimiz 12-ci pilləsən 2,95 m geri qalıb.

 

Kişilərin 5000 m məsafəyə qaçış yarışlarında çıxış edən Hayle İbrahimov da finala yüksələ bilməyib. O, ikinci yürüşdə qüvvəsini sınayıb. 13 dəqiqə 28,77 saniyə nəticə göstərən atletimiz həm 2-ci yürüşdə, həm də ümumilikdə 41 iştirakçı arasında 14-cü olub.

 

Bu nəticə ona avqustun 29-da keçiriləcək finalda çıxış etmək imkanı verməyib. Atletimiz 1-ci yürüşdə çıxış edən bütün idmançılardan yaşı nəticə göstərib. Lakin finala hər yürüşün 5 ən yaxşısı və bu “10-luğ”a düşməyənlər arasında ən yaxşı nəticəyə malik 5 idmançı yüksəlib


Xəbər xətti