Lionel Messi Avropanın ən yaxşısı seçildi - YENİLƏNİB

21:58 27 Avqust 2015

Bu gün Çempionlar Liqasının püşkatma mərasimində xüsusi mükafat sahibini tapıb. Sportarena.az xəbər verir ki, Avropada 2014/15 mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Ötən mövsüm La Liqa və Avropa futbolunda iz qoyan 3 futbolçu - Lionel Messi, Kriştianu Ronaldo və Luis Suarezdən biri bu mükafata sahib çıxacaqdı. Mütəxəssislərin favorit saydığı Messi sonda bütün rəqiblərini qabaqlayaraq mükafata sahib çıxıb

 

Qadın futbolçular arasında isə fransalı Amandin Anri, almaniyalılar Cenifer Morojan, Sella Şaşiç ən yaxşı adına iddia edir. 3-cü dəfə keçirilən sorğunun əvvəlki qalibləri də Bundestimin üzvləri olub. Nadin Anqerer 2013, Nadin Kessler 2014-cü ildə mükafata sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti