"Qəbələ"nin rəqibi heyətini gücləndirdi

17:21 29 Avqust 2015

Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda yer alan "Borussiya" yeni futbolçu transfer edib. Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi "Maynz"dan Jo Ho Parkı heyətinə qatıb. Cənubi Koreyalı futbolçu ilə 3 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, 2013-cü ildə "Bazel"dən "Maynz"a transfer olunan 28 yaşlı futbolçu bu komandanın heyətində 43 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti