"Mançester Yunayted" "Qarabağ"ın rəqibindən 36 milyona hücumçu aldı

11:10 1 Sentyabr 2015

"Mançester Yunayted" hücum xəttindəki boşluğu Fransa millisinin üzvü ilə doldurub. Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" "Monako"nun 19 yaşlı forvardı Antoni Martialı transfer edib.

 

Bu keçid ingilislərə 36 millyon funt-sterlinqə başa gəlib. Martial "mankunyanlar"ın tarixində Anxel di Mariya və Xuan Matadan sonra 3-cü ən bahalı transferdir.

 

Qeyd edək ki, "Monako" Avroliqada "Qarabağ"la J qrupunda yer alıb.


Xəbər xətti