"Kimin qol vuracağının elə bir önəmi yoxdu" - Rahid Əmirquliyev

12:08 3 Sentyabr 2015

Bu gün Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyun haqda fikirlərini bölüşüb:

 

"Bu oyunun çətin keçəcəyini bilirik. Matçda kimin qol vuracağının elə bir önəmi yoxdu. Əsas məsələ sərfəli nəticə qazanmaqdı. Yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa çalışacağıq. Uzaqdan zərbələr üzərində xüsusi çalışmamışam. Necə alınacağını görəcəyik. Biz oyundan yaxşı nəticə ilə ayrılmaq gücündəyik".

 

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti