I Divizion təmsilçilərinin duelini "Neftçala" qazandı

17:43 4 Sentyabr 2015

I Divizion təmsilçisi "Neftçala" növbəti mövsümün hazırlıqlarını davam etdirir.


Sportarena.az xəbər verir ki, "Neftçala" bu gün "Bakılı" ilə yoxlama oyunu keçirib. Görüş "Neftçala"nın 2:1 hesablı qələbə ilə nəticələnib.

 

Binə qəsəbəsinin stadionunda baş tutan qarşılaşmada "Neftçala"dan qolları Fərid Səmədzadə və Aqşin Həşimov vurub. "Bakılı"dan isə yeganə qolun sahibi Nicat Tağızadə olub.


Xəbər xətti