"Qəbələ"nin rəqibi yoxlama oyunu keçirəcək

17:15 8 Sentyabr 2015

Almaniyanın "Borussiya" klubu bu gün yoxlama oyunu keçirəcək. Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi səfərdə ikinci Bundesliqa təmsilçisi "Sankt-Pauli" ilə qarşılaşacaq.

 

Oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

 

Qeyd edək ki, Dortmund "Borussiya"sı Avropa Liqasının qrup mərhələsində "Qəbələ", eləcə də Rusiyanın "Krasnodar" və Yunanıstanın PAOK komandaları ilə bir qrupda yer alır.


Xəbər xətti