"Öyrənməli olduqları çox şey var" - Almaniya yığmasının çalışdırıcısı

23:38 8 Sentyabr 2015

Almaniyanın U-21 millisinin baş məşqçisi Horst Hrubes "Avro-2017"nin seçmə mərhələsində millimizə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Sportarena.az xəbər verir ki, o, qarşılaşma haqda bunları deyib:

 

“Bu gün meydana çıxan futbolçularımızın əksəriyyəti cəmi ikinci dəfə idi ki, birgə çıxış edirdilər. Düşünürəm ki, öyrənməli olduqları çox şey var. Bununla belə, oyundan və nəticədən razıyam”.


Digər xəbərlər

Xəbər xətti