Bu gün daha 4 güləşçimiz döşəyə çıxacaq

14:10 10 Sentyabr 2015

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala yiyələnib.

 

Dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışacaq. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə axşam saat 22:00-da, final görüşləri isə ertəsi gün səhər saat 06:30-da başlayacaq.

 

55 kq
1/8 final - Q.Pang (CHN) - Nataliya Sinişin

58 kq
1/16 final - N.Golts (RUS) - Yuliya Ratkeviç

63 kq
1/16 final - Anita Anita (İND) - Nadya Muşka Sementsova

65 kq - sərbəst güləş
1/32 final - Toğrul Əsgərov - S.Okassov (KAZ)

 

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.


Digər xəbərlər

Xəbər xətti