Rəşad Sadiqov: "Prosineçki komandaya qələbə ruhu verir"

17:41 10 Sentyabr 2015

"Göründüyü kimi, Prosineçki Avropa Liqası matçlarında oyunumu görərək, mənə yenidən dəvət göndərdi. Təəssüratlarım çox yaxşı oldu. Yeni baş məşqçinin dönəmində milliyə qayıdışımda yaxşı nəticə qazandıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov deyib. Uun fasilədən sonra milliyə qayıdan təcrübəli futbolçu "Qəbələ" İK qəzetinə təəssüratlarını açıqlayıb:

 

"Açığı, oynayacağımı gözləyirdim. Prosineçki matçdan öncə mənə dedi ki, hər dəqiqə səni meydana buraxa bilərəm. Ona görə də hər an oynamağa hazır idim".

 

Sadiqov millimizin baş məşqçisi Robert Prosineçki haqda xoş sözlər işlədib: "Prosineçki yaxşı mütəxəssisdir, futbolçulara inamı var. O, komandaya qələbə ruhu verir. Mənə elə gəlir ki, Prosineçkinin vaxtında millidə daha yaxşı nəticələr əldə etmək olar".


Digər xəbərlər

Xəbər xətti