Millimizin üzvü dubl etdi, komandası 12 qol vurdu

15:35 11 Sentyabr 2015

Millimizin üzvü Toğrul Eratın çıxış etdiyi Düsseldorf "Fortuna"sı yoxlama oyunu keçirib. Sportarena.az xəbər verir ki, "Fortuna" "Beqatal-Auşval"la qarşılaşmada 12:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Erat meydana ikinci hissədə çıxıb. O, matçın 81-ci (9:0) və 83-cü (11:0) dəqiqələrində fərqlənməklə dubla imza atıb.


Xəbər xətti