Yeni yaranmış klub imkanlı şəxslərdən kömək istədi - Azərbaycanda

18:41 11 Sentyabr 2015

Yeni yaranmış "Füzuli" klubu maliyyə dəstəyi üçün imkanlı şəxslərə müraciət edib. Sportarena.az xəbər verir ki, müraciətdə deyilir:

 

Əziz füzulilər, hörmətli “Füzuli” FK-nun azarkeşləri. Kluba yardım üçün açılmış bank hesabına pul köçürmək üçün təbliğat işini davam etdiririk.
Bank hesabı: Accessbank Quliyev Mirdamet İbad oglu hesab N AZ62ACAB00260100000000131241 (AZN)

 

Bu işdə Füzuli adına əlimizdən gələni əsirgəməməliyik. Kluba illik 6000-7000 manatlıq büdcə tələb olunur. Bu elə də böyük məbləğ deyil. Hərçənd idman direktoru Mirdamət Quliyev üç aydır bu yöndə müxtəlif cəhdlər edir. Təəssüf ki, müsbət nəticə yoxdur. Amma heç nədən usanmırıq. Çünki biz bu işləri anadan olduğumuz vətən üçün edirik. Vətən isə hər birimizə ana qədər əziz sayılır.

 

Bu üzdən axtarışlarımıza davam edirik. Belə ki, sizlərdən “Füzuli” FK-ya dəstək olmaq istəyən, yaxud bu yöndə kömək ala biləcəyimiz şəxslərin ad, soyad, vəzifəsi, əlaqə telefonları haqda məlumatları bizə bildirməyiniz xahiş olunur.

 

Vüsal Hacıyev: 055 588 52 47 (təşkilatçı-menecer)

Mirdamət Quliyev: 050 406 26 76 (idman direktoru)"


Xəbər xətti