Boksçumuz dünya birinciliyinin finalında

16:45 12 Sentyabr 2015

Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində finalçılar məlum olub. Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdullayev (+80 kq) yarımfinalda gərgin mübarizədə yerli boksçu - Dmitri Fomini məğlub edib - 2:1. Həmyerlimiz qızıl medal uğrunda görüşdə almaniyalı Daniel Malsamla qarşılaşacaq.

 

Orxan Həsənov (54 kq) isə yarımfinalda Amerika Birləşmiş Ştatlarının boksçusu Mark Kastroya uduzaraq, bürünc medalla kifayətlənib.

 

Dünya birinciliyinə bu gün yekun vurulacaq.


Xəbər xətti