"Neftçala" futbolçulara çatacaq pulu necə "fırlatdı" ?

02:40 13 Sentyabr 2015

"Neftçala"da baş verən biabırçılıqlardan çox yazmışıq.

Sportarena.az birinci divizion təmsilçisi haqda yeni məlumatlar əldə edib. Belə ki, ötən mövsümün "Rəvan"la oyununda futbolçulara 20 min manat mükafat söz verilibmiş. Futbolçular da vacib qarşılaşmada rəqibini məğlub edərək, gözlərini vəd olunan mükafata dikiblər. Adamın üstündə Allah var, "premya" verilib. Ancaq söz veriləndən 3 min manat az. Yəni, ümumilikdə oyunçulara 17 min manat mükafat paylanılıb. Sözsüz ki, ortadakı 3 min "fırladılıb" və hansısa futbolçuların pullarından tutulub. Məbləğin hansı ciblərə getdiyini düşünüb tapmaq isə məncə, elə də çətin deyil. Ortada bir qrup var ki, maliyyə maxinasiyalarında yaxından iştirak edirlər. Vaxtı gələndə onların da adlarını açıqlayacağıq. Hələlik isə bu qədəri kifayətdir.

Bir də yeri gəlmişkən, birinci divizionda yeni mövsümə start verildi. Ötən mövsüm aşağı dəstənin çempionu olub, elitaya buraxılmayan "Neftçala" ilk oyununda şou göstərdi. Özü də elə-belə şou yox, qol şousu. Bəli, Neftçaladan bixəbər "Neftçala" Mingəçevirdə "Energetik"in qapısından nə az, nə çox, düz 12 top keçirdi. Kim bilir, bəlkə bu oyuna görə də futbolçulara "premya" söz verilib və çox güman ki, ötən mövsüm olduğu kimi bu dəfə də pulların bir hissəsi futbolçulara veriləcək. Yerdə qalanı isə... Yəqin ki, gedəcək yenə məlum ciblərə.


Xəbər xətti