Kamran Ağayevin növbəti sınağı

18:30 18 Sentyabr 2015

Bu gün Türkiyə PTT I Liqasında V tura start veriləcək. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

 

Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti sınağına çıxacaq. Karşıyaka təmsilçisi doğma meydanda "1461 Trabzon" klubunu sınağa çəkəcək.

 

Oyun Bakı vaxtı ilə 21:30-da başlayacaq.

 

Qeyd edək ki, "Karşıyaka" hazırda 4 oyundan sonra 5 xalla 11-ci pillədədir.


Xəbər xətti