Elit raunda çıxan yığmamız vətənə qayıtdı - FOTO

16:16 21 Sentyabr 2015

Uelsin Flintshire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Bakıya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, hava limanında yığmamızı futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və mətbuat təmsilçiləri qarşılayıb.

 

Xatırladaq ki, komandamız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, ikinci qarşılaşmada Belçika komandasına 3:0, son matçda isə Xorvatiya yığmasına 2:1 hesabı ilə qalib gəlib.


Xəbər xətti