Birinci divizionda yeni baş məşqçi

10:47 22 Sentyabr 2015

Mingəçevirin "Energetik" komandasının yeni çalışdırıcısı müəyyənləşib. Sportarena.az xəbər verir ki, "Neftçala"ya 0:12 hesablı məğlubiyyətdən sonra istefa verən Sahib Qocayevi Ənvər Nəsibov əvəzləyəcək.

 

Bu haqda məlumatı "Futbol+"ə klubun vitse-prezidenti verib. O qeyd edib ki, Nəsibov əvvələr də klubda çalışıb, daha sonra əmək fəaliyyətini yerli Gənclər və İdman İdarəsində davam etdirib. Vitse-prezidentin sözlərinə görə yaşı təxminən 65-66 (?!) olan mütəxəssis hələ 1988-ci ildə "Kür" yarananda onun baş məşqçisi olub.

 

Qeyd edək ki, "Energetik" ikinci turda da "Bakılı"ya 7:2 hesabı ilə uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti