Millimiz üçün Portuqaliya, İspaniya, Rusiya və digərləri...

11:48 23 Sentyabr 2015

Futzal üzrə Avro-2016-nın final mərhələsində iştirak edəcək bütün yığmalar müəyyənləşib. Sportarena.az xəbər verir ki, dünən Azərbaycanla yanaşı, daha 3 milli həlledici mərhələyə vəsiqə qazanıb.

 

Bunlar Qazaxıstan, Macarıstan və Çexiya yığmalarıdır. Qazaxıstan Bosniya və Hersoqovinanı (9:0), Macarıstan Rumıniyanı (6:5), Çexiya isə Belarusu (3:2) pley-off mərhələsində mübarizədən kənarlaşdırıb.

 

Beləliklə, meydan sahibləri Serbiya ilə yanaşı, İtaliya, Azərbaycan, Xorvvatiya, Çexiya, Macarıstan, Qazaxıstan, Portuqaliya, Rusiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları Avropa çempionatının final mərhələsində iştirak edəcək.

 

Qeyd edək ki, "Avro-2016"nın final mərhələsinin püşkü oktyabrın 2-də Serbiyanın paytaxtı Belqradda atılacaq. Oyunlar isə gələn il, 2-13 fevral tarixlərində Serbiyada keçiriləcək.


Xəbər xətti