Eddi İsrafilov baxdı, komandası xal itirdi

12:10 24 Sentyabr 2015

İspaniya La Liqasında V tura yekun vurulub. Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu - "Eybar" da növbəti matçına çıxıb.

 

Komanda səfərdə "Levante" ilə qarşılaşıb. 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Eybar" hazırda 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti