"Qalatasaray"ın sabiq futbolçusu saxlanıldı

18:01 24 Sentyabr 2015

"Qalatasaray"ın sabiq futbolçusu Fabio Pinto saxlanılıb. Sportarena.az xəbər verir ki, 34 yaşlı vetaran 2,4 milyard dollar çirkli pulun yuyulmasında günahlandırılır.

 

Braziliya polisinin dünən 6 fərqli şəhərin 68 məntəqəsində həyata keçirdiyi əməliyyatlar nəticəsində bir çox şəxs yaxalanıb. Onların arasında Pintonun da adı var.

 

Xatırladaq ki, Pinto 2002-ci ilin yayında Fatih Terimin istəyi ilə "Qalatasraay"a transfer olunmuşdu.


Xəbər xətti