Emil Balayevin səhhəti pisləşdi, əməliyyat olundu - FOTO

13:20 28 Sentyabr 2015

Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev əməliyyat olunub. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, ötən həftə onun yüksək temperaturunun olması aşkar edilib.

 

Nəticədə, futbolçumuz müayinəyə aparılıb. Müaiyə nəticəsində onda problem olduğu aşkarlanıb. Həmin problemi aradan qaldırmaq üçün isə həkimlər əməliyyata ehtiyac duyublar. Sözügedən əməliyyat təxminən 6 saata yaxın davam edib.

 

Hazırda Balayevin durumunun qənaətbəxş olduğu bildirilir. Onun artıq bu həftədən etibarən sıraya dönməsi gözlənilir.


Xəbər xətti