Millimiz mövqeyini qorudu

16:44 28 Sentyabr 2015

FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Sportarena.az xəbər verir ki, Azərbaycan yığması siyahıda əvvəlki mövqeyində qalıb.

 

Belə ki, komandamız 1372 xalla 13-cü pillədə qərarlaşıb. Millimizin AÇ-2016-ya vəsiqə uğrunda Slovakiyaya qarşı keçirdiyi pley-off oyunlarındakı uğuru (3:1, 1:1) Azərbaycana 18 reytinq xalı qazandırıb.

 

İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).


Digər xəbərlər

Xəbər xətti