Türkiyə Superliqası: "Bursaspor" təhlükəli zonadan uzaqlaşdı

11:29 29 Sentyabr 2015

Türkiyə superliqasında 6-cı tura yekun vurulub. Sportarena.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

 

Səfərdə "Kasımpaşa"nın qonağı olan "Rizəspor" rəqibi ilə 1:1 bərabərə qalıb. Doğma azarkeşləri önündə "Başakşəhər"lə qarşılaşan "Kayserispor" rəqibinə 0:1 hesabı ilə uduzub.

 

"Bursaspor" öz meydanında "Eskişehirspor"u qəbul edib. Oyun 2:0 hesabı ilə Bursa təmsilçisinin xeyrinə başa çatıb. Bu nəticə komandanı autsayderlər qrupundan uzaqlaşdırıb.


Xəbər xətti