"Qarabağ" və "İnter" cərimələndi

13:12 29 Sentyabr 2015

AFFA İntizam Komitəsinin bugünkü iclasında əvəzedici heyətlərin VI turunda qeydə alınan qayda pozuntuları da müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, "İnter” – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

 

 “Qarabağ” – “Neftçi” matçının 73-cü dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti