Yenə Eddi İsrafilov, yenə "69"

13:04 4 Oktyabr 2015

İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə "Las Palmas"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Maraqlıdır ki, İsrafilov ötən tur olduğu kimi, bu qarşılaşmanın da məhz 69-cu dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Eybar" hazırda 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti