İtaliya millisi Bakıya nə vaxt gələcək və hansı oteldə qalacaq?

16:46 4 Oktyabr 2015

İtaliya millisinin Bakıya gələcəyi tarix müəyyənləşib. Sportarena.az xəbər verir ki, "AVRO-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da millimizlə qarşılaşacaq italyanlar oyundan 2 gün öncə paytaxtımıza təşrif buyuracaqlar.

 

Qonaqlar Bakı vaxtı ilə 19:00-da Pisadan ölkəmizə yola düşəcəklər. Çarter reysi ilə gələcək İtaliya yığmasının saat 23:20-də Heydər Əliyev adına hava limanına enməsi gözlənilir.

 

Atonio Kontenin komandası artıq Bakıda qalacağı oteli də müəyyənləşdiriblər. İtalyanlar "Hilton" otelindən yararlanacaqlar.

 

Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti