Millimizin üzvü üçün 81 dəqiqə

13:34 5 Oktyabr 2015

Almaniya II Bundesliqasında X turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" bu tur evdə "Frayburq"la qarşılaşıb.

 

Nazarovun komandası yenə xal itkisi ilə üzləşib. Matçın 89-cu dəqiqəsində qapısında top görən "Karlsrue" bir dəqiqə sonra hesabı bərabərləşdirib - 1:1. Oyunun start heyətində yer alan millimizin üzvü 81-ci dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, "Karlsrue" klubu 10 turdan sonra 9 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti