İtaliya millisində daha bir itki: Konte Bakıya "Milan"ın futbolçusunu gətirir

19:17 7 Oktyabr 2015

"AVRO-2016"nın seçmə mərhələsində milli komandamızla qarşılaşacaq İtaliya millisinin heyətində növbəti dəyişiklik baş verib.

 

Sportarena.az xəbər verir ki, Lorenso İnsinyenin zədəsi ciddi olduğundan komandanın baş məşqçisi Antonio Konte onun əvəzinə "Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventuraya dəvət göndərib.

 

Qeyd edək ki, Azərbaycan və İtaliya milli komandalarının qarşılaşması 10 oktyabr saat 21:00-da "Bakı Olimpiya Stadionu"nda baş tutacaq.


Xəbər xətti