"Milan"ın futbolçusu millimizlə keçiriləcək matça dəvət aldı

01:15 8 Oktyabr 2015

İtaliya yığmasının baş məşqçisi Antonio Konte AVRO-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi milliyə daha bir futbolçu dəvət edib. 

Təcrübəli mütəxəssis zədələli Lorentso İnsinyenin əvəzinə "Milan"da çıxış edən yarımmüdafiəçi Cakomo Bonaventuranı yığmaya çağırıb.

Daha öncə "Milan"ın müdafiəçisi Luka Antonelli zədə səbəbindən yığmadan kənarlaşdırılıb.

Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.


Xəbər xətti