İtaliyanın oyunu Əliyar Ağayevə tapşırıldı

13:20 9 Oktyabr 2015

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək İtaliya – İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Sportarena.az xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti