Bakıda dünya rekordu

17:44 11 Oktyabr 2015

"Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizlə 3:1 hesabı ilə qalib gələn İtaliya yığması yeni rekord müəyyənləşdirib. Sportarena.az xəbər verir ki, "Skuadra Adzurra" növbəti dəfə seçmə mərhələ oyununda meydanı məğlubiyyətsiz tərk edib.

 

Bununla da, dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 49-cu dəfə uduzmayan İtaliya yığması yeni rekorda imza atıb.

 

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə "Avro-2008"in seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti