Güləşçilərimiz Qroznıdan 2 gümüş medalla qayıdır

16:22 12 Oktyabr 2015

Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib. 

Məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edən güləşçilərimizdən ikisi fəxri kürsüdə yer alıb və gümüş medallara yiyələnib. 

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 65 kq çəkidə təmsilçimiz Məhəmməd Müslümov güləşçimiz finala qədər inamla güləşsə də həlledici görüşdə müvafiq olaraq Rusiya və Polşa təmsilçilərinə uduzub. Əhmədnəbi Qvarzatilov Əhməd Çakayevə, Məhəmməd Müslümov isə, Məhəmmədmurad Hacıyevə məğlub olub. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.


Digər xəbərlər

Xəbər xətti