Millinin məşqçilər korpusu müəyyənləşdi

16:23 13 Oktyabr 2015

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zaynzenbaxerin köməkçiləri və onun rəhbərliyi altında ilk yarışa yollanacaq heyət müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının İctimaiyyətlə Əlaqələr və Mətbuat Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

 

O, bildirib ki, avstriyalı mütəxəssisə Fərhad Məmmədovla İbadulla Şabanov yardımçı olacaq. İ.Şabanov həm də qadınlar ibarət yığmanın məşqçisi kimi çalışacaq.   

 

P.Zayzenbaxerin rəhbərliyi altında ilk yarış isə 17-18 oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" olacaq. Oktyabrın 15-də səfərə çıxacaq heyətdə İlqar Müşkiyev (60kq), Nicat Şıxәlizadә, Tәrlan Kәrimov (hər ikisi 66kq), Rüstәm Orucov (73kq), Әbdülhәq Rәsullu (81kq), Mәmmәdәli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Mәmmәdov (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və yeganə qadın cüdoçu Aişә Qurbanlı (48 kq) yer alıb. 

 

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ardından Parisdə qalacaq Azərbaycan millisi bir həftəlik təlim-məşq toplanışının ardından Bakıya qayıdacaq.


Xəbər xətti