Almaniyalı azarkeşlər "Arsenal"la oyunda aksiya keçirəcək

01:09 16 Oktyabr 2015

Münxenli futbol azarkeşləri Çempionlar Liqasının qrup mərhələsində “Arsenal” və “Bavariya” komandaları arasında baş tutacaq oyun zamanı etiraz aksiyasına hazırlaşırlar.

Matçın biletlərinin qiymətinin 70 funt sterlinq olması alman azarkeşləri hiddətləndirib. Onlar etiraz aksiyasını qeyri-adi üsulla həyata keçirməyi planlaşdırırlar. Belə ki, azarkeşlər qarşılaşmanın ilk beş dəqiqəsini tam sükutla izlədikdən sonra adəti üzrə komandalarını dəstəkləyəcəklər.

“Arsenal”-“Bavariya” qarşılaşması oktyabrın 20-də Londonda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti