Messisiz daha 4 həftə

00:40 17 Oktyabr 2015

Sentyabr ayında “Las Palmas” klubu ilə oyunda dizindən zədələnən “Barselona”nın ulduz futbolçusu Messinin daha 4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Sportarena.az xəbər verir ki, bu barədə müsahibə verən klubun baş məşqçisi Luis Enrike “Mən onun düzgün şəkildə sağalmasını istəyirəm, hər hansı oyuna özünü çatdırmasını yox. Argentina Futbol Federasiyası və “Barselona” futbol klubu Messinin sağalması üçün çalışır.”
Qeyd edək ki, 22 noyabrda “Real”a qarşı keçiriləcək oyunda Messinin oynuyub-oynamayacağı 
sual altındadır.

 


Digər xəbərlər

Xəbər xətti